Toy mərasimləri
Milli üslubda olan gözəl interyeri və yalnız özünə xas olan ab-havası ilə cəlb edən “Muğam” zalı, klassisizm və avanqardın incə sintezinə malik bir üslubda dizayn edilmiş, professional səs və işıq avadanlıqları ilə təchiz olunmuş “Astoria” zalı kiçik toy mərasimləri üçün əvəzolunmaz məkandır.

Xınayaxdı və nişan
Hər bir Azərbaycan xanımı istər ki, onun üçün gözəl nişan və xına gecəsi təşkil olunsun. Çünki bu mərasimlər özlərində qədim bir saflığı və təravəti cəmləşdirirlər. “Muğam ocağı” restoranı Sizin bu mərasimlərinizi qədim adət-ənənələrə uyğun şəkildə müasir çalarlarla təşkil edəcək və unudulmaz xatirəyə çevirəcək.
Ad günləri
Ad günü olan şəxs yaxın, doğma və əzizlərlə bu günü unudulmaz etmək, xatirəyə çevirmək istəyir. Belə gözəl günlərin yaddaşlara əbədilik köçəcək günə çevrilmək istəyirsinizsə mükəmməl interyeri, rahat mühüti və Azərbaycan milli mətbəxinin nəfis yeməkləri ilə fərqlənən “Muğam ocağı” restoranı sizə yardımçı olacaq.