+994 (50/55) 205 00 36 və ya onlaynRezerv et

Tədbirlər

Müxtəlif təşkilatlar, iş adamları rəsmi ziyafətlərin verilməsi üçün “Muğam ocağı” restoranının imkanlarından yararlana bilərlər. Xidməti heyətimiz rəsmi ziyafətlərin hazırlanması sahəsində kurslar keçmiş peşəkarlardan ibarətdir. “Muğam ocağı”nın rəsmi ziyafətlər üçün dizayn edilmiş salonu tam müasir standartlara cavab verir. Rəsmi qonaqlarınız buradakı milli kolorit ab-havasında özlərini çox rahat hiss edəcəklər.

Hər şərait və avadanlıqla təhciz olunmuş konfrans zallarımızda treyninq, seminar-simpozium, işgüzar görüşləriniz kimi tədbirləri təşkil etməklə bərabər, kofe-çay fasiləsi, alkoholsuz bufe, qarderob holu və s. bu kimi iaşə xidmətlərindən istifadə edə bilərsiniz. Konfrans mərkəzinin “Presidential Hall” adlanan 70 nəfərlik zal müxtəlif iclasların və konfrans simposiumların keçirilməsi üçün ən ideal məkandır. Qonaqlarımız ingilis, alman, fransız, italyan, rus və s. dillərdən sinxron tərcüməçilərin xidmətlərindən də istifadə edə bilərlər. Xüsusi cihazlarla qonaqlar tərcüməni öz dillərində individual olaraq eşidə bilərlər. Həmçinin qonaqların işinin effektiv və səmərəli keçirmə məqsədilə “Presidential Hall” konfrans zalında söz çıxışı üçün tribuna, mikrofonlar, gizli səs vermə cihazları, 3 geniş dioqanallı LCD televizorlar, HD proyektorlar və notbuklar qonaqların ixtiyarına verilir. 10 nəfər üçün nəzərdə tutulan “Congress Hall” isə brifinqlər, seminarlar və treyninqlər üçün nəzərdə tutulub. Zalda proyektorların istifadəsi üçün 3 lövhə və Flip çartlardan istifadə üçün ştativ quraşdırılıb. İşgüzar mühitli bu zal işıqlı və gözəl atmosferə malikdir.

Ad günü olan şəxs yaxın, doğma və əzizlərlə bu günü unudulmaz etmək, xatirəyə çevirmək istəyir. Belə gözəl günlərin yaddaşlara əbədilik köçəcək günə çevrilmək istəyirsinizsə mükəmməl iteryeri, rahat mühüti və Azərbaycan milli mətbəxinin nəfis yeməkləri ilə fərqlənən “Muğam ocağı” restoranı ən gözəl seçimdir.

Bizim restoranda banketlərin keçirilməsi əlamətdar və unudulmaz olacaqdır. Buna səbəb restoranımızın digərləri ilə müqayisədə fərqləndirici məqamlarıdır. Bunlara diqqətli və keyfiyyətli xidməti təmin edən təcrübəli və nəzakətli xidmət heyəti, səriştəli aşpazlar tərəfindən, təzə və keyfiyyətli məhsullardan hazırlanmış və ən iradcıl müştərilərin razı qalacağı, zövqlü və dadlı mətbət aiddir. Restoranın banket zalı yığcam ad günü mərasimləri keçirmək, ailəvi istirahət etmək istəyənlərin xidmətindədir. Bu zalın da müsir görünüşü insanların zövqünü oxşayacaq. Burada müştərilərimizin rahatlığı üçün hər şey nəzərə alınıb. Sizin və qonaqlarınızın yaxşı istirahət edə bilməsi üçün zal müasir mebel dəstləri ilə təmin olunub, burada qış fəslində insanlara unudulmaz anlar yaşadan kamin quraşdırılıb. Bakı şəhərində odunun istisi ilə qızışıb çeşid-çeşid mürəbbələrlə kəklikotu çayı içməyi kim arzulamaz ki? O zaman nə gözləyirsiniz? Ailənizə və yaxınlarınıza “Muğam ocağı”nda unudulmaz bir gün yaşatmağa tələsin.

Xınayaxdı mərasimi xalqımızın toy adətlərinin əvəzolunmaz bir hissəsidir. Əsrlərdir bu adət inkişaf edərək bu günlərə gəlib çıxmışdır. Biz bunun üçün sizə əvəzolunmaz bir məkan təklif edirik. Övladınıza milli dəyərlərimizə, adət-ənənələrimizə uyğun xınayaxdı mərasimi keçirmək istəyirsinizsə, o zaman restoranın 150-200 nəfərlik “Muğam” zalı əla fürsətdir. Öz milli tərtibatı ilə seçilən “Muğam” zalı sizi keçmişə qaytaracaq. Burada qonaqlara təqdim olunacaq zəngin milli mətbəximizin nümunələri hər kəsin ürəyincə olacaqdır. “Muğam” zalında səsləndiriləcək milli musiqilər isə sizin ruhunuzu oxşayacaqdır.

Milli üslubda olan gözəl interyeri və yalnız özünə xas olan ab-havası ilə cəlb edən “Muğam”, klassisizm və avanqardın incə sintezinə malik bir üslubda dizayn edilmiş, professional səs və işıq avadanlıqları ilə təchiz olunmuş “Astoria” zalları nişan və kiçik toy mərasimləri üçün əvəzolunmaz məkandır.