+994 (50/55) 205 00 36 və ya onlaynRezerv et

Xidmətlər

Video çəkiliş

“Muğam ocağı” restoranı ad günləri, nişan və toy, xınayaxdı mərasimlərinin, müştərinin istəyinə uyğun olaraq HD, DVCAM, Full HD video çəkiliş və professional videomontaj xidmətləri təqdim edir.


2

Fotosessiya

“Muğam ocağı” restoranı sizlərə fotosessiya xidməti təqdim edir. Sizin istəyinizə uyğun olaraq müxtəlif yerlərdə fotosessiya təşkil olunur, sonda müştəriyə disk və panorama albom təqdim edilir.


10

Gözəllik salonu

Özəl gününüzdə möhtəşəm görünmək istəyirsiniz? Gəlin bəzədilməsi, özəl günləriniz üçün saç düzümləri, saçların boyanılması, refle, kölgə, ombre, manikür, pedikür və s. xidmətləri bizim mütəxəssislərə etibar edə bilərsiniz.


Zal bəzədilməsi

“Muğam ocağı” restoranı sizə hər zövqə uyğun zal bəzədilməsi üçün kataloq təqdim edir.


4

Atəşfəşanlıq

Tədbirlərinizdə kiçik atəşfəşanlıq keçirilməsini istəyirsinizsə, restoranımızda bu xidməti də təqdim edirik.


5

Zər və şar yağışı

Zala daxil olan bəy-gəlinini, yaxud qonaqlarınızın başına zərlər yağacaq, xüsusi qazla doldurulmuş şarla risə salona ayrı bir gözəllik verəcək. Bütün bunları sizin məclisiniz üçün tərtib etmək isə bizə düşər.


Çox mərtəbəli tort

Əməkdaşlıq etdiyimiz məşhur qənnadı firmalarının təqdim edəcəyi, sizə özəl olaraq hazırlanan müxtəlif dizaynlarda tortlar məclisinizə təşrif buyuran qonaqlarınıza gözəl ağız dadı bəxş edəcək. Siz burada istənilən ölçülü tortlar da sifariş edə biləcəksiniz.


Canlı musiqi

“Muğam ocağı” restoranı sizə hər zaman canlı musiqi təqdim edir. Məclislərinizdə iştirakını arzuladığınız istənilən müğənnini sizin üçün dəvət edirik. Təki könlünüz musiqi istəsin. “Muğam Ocağı”nda bu adi haldır.


8

Rəqslər

Özəl gününüzü daha da maraqlı etmək üçün sizə milli, şərq və digər müxtəlif rəqs qruplarını təklif edirik.


9

Klounlar

Uşaqlar üçün təşkil olunan tədbirlərdə şən klounlar onları əyləndirib ürəkdən güldürəcək, sevinclərinə sevinc qatacaq.