+994 (50/55) 205 00 36 və ya onlaynRezerv et

Muğam zalı

“Muğam ocağı” restoranının 150-200 nəfərlik “Muğam” zalı müştərilərini daima dadlı və zəngin mətbəxi, milli üslubda olan gözəl interyeri və yalnız özünə xas olan ab-havası ilə seçilir. Siz övladınıza milli dəyərlərimizə, adət-ənənələrimizə uyğun xınayaxdı mərasimi keçirmək istəyirsinizsə, o zaman restoranın 150-200 nəfərlik “Muğam” zalı əla fürsətdir. Öz milli tərtibatı ilə seçilən “Muğam” zalı sizi keçmişə qaytaracaq. Burada qonaqlara təqdim olunacaq zəngin milli mətbəximizin nümunələri hər kəsin ürəyincə olacaqdır. “Muğam” zalında səsləndiriləcək milli musiqilər isə sizin ruhunuzu oxşayacaqdır.


Astoria zalı

Muğam ocağı”nın 180-200 nəfərlik “Astoriya” zalı isə müasir dizaynı və zövqoxşayan görünüşü ilə diqqəti cəlb edir. Bu zal müxtəlif ziyafətlər, toy və nişan mərasimlərinin keçirilməsi üçün ideal şəraitə malikdir. Zəngin milli mətbəximizin və Avropa mətbəxinin ləziz yeməkləri, nənələrimiz demiş, əlinin dadı-duzu olan aşpazlarımız tərəfindən hazırlanır. Əmin ola bilərsiniz ki, ziyafətinizə dəvət etdiyiniz qonaqlar buradan mütləq razı gedəcəklər.


Banket zalı

Bizimlə istənilən bayram – əsl böyük hadisədir. Sizin görüş üçün hansı səbəb seçməyinizdən asılı olmayaraq əmin ola bilərsiniz: bu günü bütün qonaqlarınız üzun müddət unutmayacaqlar.


Otaqlar

Restoranımızda dost, ailə, yaxınlarla birlikdə sakit və gözəl mühitdə vaxt keçirmək istəyənlər üçün 9 işıqlı və geniş otaq təqdim olunur.


PUB

“Muğam ocağı” restoranının ərazisində yerləşəm paba gəlib onun təkrarsız aurasından zövq almaq əsl istirahətdir. Keyfiyyətli içkilər və rəngarəng məzələr, pabın dincəlmək üçün hazırlanan şəraiti mütləq bura ilk dəfə gələn hər kəsin xoşuna gələcək. Pabın interyeri klassik üslubda hazırlanıb: ənənəvi olaraq ağac və kərpic hörmə. Həmçinin burada Avropa və Azərbaycan mətbəxi yeməklərinin dadına baxa biləcəksiniz.